Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Kim cəsurdusa, pulu da o alacaq” – Orduda yeni qayda!




Ermənistan Silahlı Qüvvələrində yeni qaydanın tətbiqinə start verilib.

Moderator.azerməni mənbələrinə istinadən xəbər verir ki, yeni qaydanın mahiyyəti Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə xidmət edən hərbçilərə daha artıq məvacibin verilməsi ilə bağlıdır. Belə ki, ciddi maliyyə problemi ilə üzləşən rəsmi İrəvan bütün hərbçilərin əmək haqqını artıra bilmədiyi üçün, yalnız təmas xəttində xidmət edən hərbçilərin məvacibinin artırılmasına qərar verib. Yeni qanuna görə, bundan sorna təmas xəttindəki erməni hərbçiləri əlavə olaraq 2000 dram pul alacaq.

Erməni ordusunda tətbiq edilən məlum yeniliyə səbəb isə erməni hərbçilərinin ön xətdə xidmət etməkdən yayınmasıdır. Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə xidmət etməyi intihar kimi qiymətləndirən və bütün mümkün vasitələrlə bu məcburiyyətdən xilas olmağa çalışan düşmən hərbçiləri tez-tez xidmət yerini tərk edir ki, bu da rəsmi İrəvanı situmullaşdırıcı addımlar atmağa vadar edir. İrəvan hesab edir ki, Azərbaycan əsgəri ilə üzbəüz mövqedə xidmət etməyə cəsarət edənlərə əlavə maliyyə vəsaitinin verilməsi, erməni hərbçiləri arasında ön xətdən qaçmaq hallarının qarşısını ala, onları müəyyən qədər xidmətə həvəsləndirə bilər. Lakin rəsmi irəvanın bu gözləntisinin fayda verəcəyi inandırıcı görünmür. Çünki yad torpaqda qərar tutan və sağ qaldığı hər günü möcüzə kimi qiymətləndirən düşmən əsgəri çətin ki, pulu canından üstün tutsun.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10