Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Atambayevin iqamətgahına hücum: 1 ölü, 42 yaralı - YENİLƏNDİ (FOTO)



Almazbek Atambayevin iqamətgahında xüsusi təyinatlı dəstənin altı döyüşçüsü saxlanılır.
bu haqda "İnterfaks" agentliyi bildirib.
Ölkənin Daxili İşlər Nazirliyi keçmiş dövlət başçısının tərəfdarlarından onların azad edilməsini tələb edib. Nazir müavini xüsusi təyinatlıların azad edilməsi üçün Atambayevin nümayəndələri ilə danışıqlar aparır.
Səhiyyə Nazirliyinin məlumatına görə, Atambayevin tərəfdarları ilə təhlükəsizlik əməkdaşlarının qarşıdurmasında zərər çəkənlərin sayı 42 nəfərə qədər artıb. Xəstəxanaya daha əvvəl çatdırılmış xüsusi təyinatlı dəstənin bir döyüşçüsü ölüb.
***
23:29
Qırğız xüsusi təyinatlı dəstəsi Almazbek Atambayevin iqamətgahına hücumun ikinci cəhdinə başlayıb.
"İnterfaks" agentliyi xəbər verir ki, bu haqda "Aprel" televiziya şirkəti bildirib.
Eyni zamanda, Atambayevin tərəfdarları təhlükəsizlik əməkdaşlarının hücumunu daşlarla dəf edirlər. Qeyd edilir ki, xüsusi əməliyyat nəticəsində zərər çəkənlərin sayı 36 nəfərə çatıb.
Rəsmi informasiyaya görə, keçmiş prezidenti saxlamaq hələ mümkün olmayıb. Qeyd edək ki, daha əvvəl sabiq dövlət başçısının qərargahı Atambayevin saxlanılaraq naməlum istiqamətə aparıldığını açıqlamışdı.
***
22:24
Qırğızıstanın sabiq prezidentinin iqamətgahına hücum zamanı zərər çəkənələrin sayı 15-ə çatıb.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
***
19:38
Qırğızıstanda sabiq prezident Almazbek Atambayev saxlanılıb.
bu barədə TASS informasiya agentliyi sabiq dövlət başçısının qərargahına istinadla məlumat yayıb.
Qərargahdan verilən son məlumata görə, Atambayev naməlum istiqamətdə aparılıb.
Məlumatda bildirilir ki, Atambayevin tərəfdarları hüquq mühafizə orqanları əməkdaşlarının onun Bişkek şəhəri yaxınlığında yerləşən evinə girməsinə mane olmağa çalışıblar. Sabiq prezidentin evinə gedən bütün yollar bağlanıb. Xüsusi təyinatlılar rezin güllələrdən və səs qumbaralarından istifadə ediblər. Əməliyyatın gedişində təxminən 10 nəfər, o cümlədən yerli nəşrlərdən birinin jurnalisti yaralanıb.
Xatırladaq ki, iyunun 27-də Qırğızıstan parlamenti Almazbek Atambayevin toxunulmazlıq statusunu ləğvi edib. Onun adı qanun pozuntusu ilə bağlı bir neçə epizodda hallanır. Qırğızıstanın sabiq rəhbəri torpaq sahələrinin təyinatlarının dəyişdirilməsinə kömək göstərməkdə, Bişkek istilik elektrik stansiyasının yenidən qurulması zamanı korrupsiya hallarına yol verilməsində, kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz buraxılmasında, həmçinin Çuy vilayətinin Koy-Taş kəndində ev tikdirmək üçün qanunsuz olaraq torpaq sahəsi almaqda ittiham edilir.


















Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10