"Qaraçılara qarşı ciddi tədbirlər görülməli, sənədləri yoxdursa, ölkə hüdudlarından kənara çıxarılmalı, gəldikləri dövlətə geri qaytarılmalıdırlar”.
bu sözləri ölkəmizdə qaraçıların sayının kəskin artmasına münasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib: "Fəaliyyətləri genişlənən qaraçılara qarşı mübarizədə inzibati cərimələr tətbiq edilməlidr. Bu fəaliyyətlə məşğul olan insanlar inzibati qaydada cərimələnməli və sənədləri yoxdursa ölkə hüdudlarından çıxarılmalıdırlar. Çünki həmin insanlar faydalı əməklə məşğul olmayaraq dilənçilik edirsə, bu yol verilməzdir. Buna qarşı hüquq-mühafizə orqanları müvafiq qanuni tədbirləri görməlidirlər. Əks halda həmin dilənçilər ictimai qaydanın pozulmasına səbəb olur, cəmiyyətdə heç də yaxşı olmayan əhval-ruhiyyə yaradırlar. Qaraçıların fəaliyyəti həm də oğurluq hallarının artmasına səbəb olur. Düzdür, qaraçılara qarşı mübarizədə müəyyən çətinliklər də var. Amma fikrimcə, bu mübarizəni genişləndirməliyik ki, yaranmış vəziyyət ictimai əhval-ruhiyəyə pis təsir göstərməsin”.
Lakin deputat İsveçdə olduğu kimi dilənçilik fəaliyyətinə görə Azərbaycanda da lisenziya verilməsinin doğru yanaşma olmadığı qənaətindədir:"Bu barədə də düşünmək olar. Amma bu sonradan elə bir fəaliyyət növünə çevrilə bilər ki, Azərbaycanda asan yol olduğundan hamı dilənməyə başlayar. Ona görə də dilənçilərə lisenziya verilməsi ölkəmizə uyğun gələn hal deyil”.