Xanımların qüdrəti nazənin cismlərində deyildir, əslində ruhi güclərindədir. Ola bilsin ki, bir qadının cimsi qüvvəsi kişilərdən zəif olsun, ancaq ruhi qüdrəti rəqibsizdir.
Ayətullah Əmini buyurur: “Qadın evini həm behiştə çevirə bilər, həm də yanar cəhənnəm atəşinə. Qadın ərini həm ucalda bilər və həmçinin qara torpağa əyləşdirə bilər”.
Adətən qadınlar zəif iradəyə malik olan kişilərdən qaçarlar. Elə insanla ailə qurmaq istəyərlər ki, müştərək həyatlarında ona söykənə bilsinlər. Bəli, elə qadınlar da vardır ki, kişinin ancaq sərvətinə diqqət edərlər. Lakin agah və ayıq xanımlar üçün mal və sərvət mühüm deyildir. Onlar üçün mühüm olan – gələcək həyat yoldaşının ruhi qüdrətidir.
Ayətullah Əmini öz sözünün davamında buyurur: “Qadın əgər ərinə qulluq etməyi bacararsa və Allahın onun üçün təyin etdiyi vəzifələri yerinə yetirərsə - hətta çox adi bir kişidən də layiqli və abırlı bir ər yarada bilər”.
Əgər evin qadını ərinin etdiyi səyləri görməzdən gələrsə və ona dəyər verməzsə, onu ailədən soyudar. Belə bir kişi ona dəyər verilməsini görməzsə, səadəti başqa yerdə axtarmağa başlayar. Ona görə də İmam Sadiq (ə) üstün qadınları belə tanıtmışdır: “Əgər əri onun üçün bir şey gətirərsə - təşəkkür edər və əgər bir şey gətirməzsə - razı olar”. (Tebyan)
Yaxşı bir qadın bilir ki, əri üçün necə layiqli müəllim olar ki, onu gələcək müsabiqələrə hazırlasın. Mahir psixoloq olar ki, ərinin qəm və qüssəsini aradan aparar. Bu cür qadını İmam Sadiq (ə) saleh qadın adlandırır və onu kişi üçün ən üstün mənfəət hesab edir.
Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: “Bir həyat yoldaşım vardır ki, evə gələn kimi məni qarşılayır. Evdən çıxan zaman məni yola salır. Əgər məni qəmgin görərsə, deyər: “Niyə qəmginsən? Əgər ruzinə görə nigaransansa, bir başqası (Allah) onu sənin üçün Öz öhdəsinə götürmüşdür. Əgər axirətinə görə nigaransansa, Allah sənin nigaranlığını artırsın”.
Həzrət Peyğəmbər (s) buyurdu: “Allahın işçiləri vardır ki, sənin həyat yoldaşın da Allahın işçilərindən biridir. Şəhidin mükafatının yarısına malikdirlər”.
Ona görə də ey xanımlar! Gəlin siz də Allahın işçilərindən olun və siz də evinizi behişt bağlarına çevirin. Əriniz üçün sirdaş və yaxın dost olun.