"Bu ali təhsil müəssisələrini tələbələr ilk yerlərdə deyil, son yerlərdə istəyirlər"
Bir sıra ali təhsil müəssisələrinə tələbə axını kəskin şəkildə azalır. AYNA xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi məlumat verib.
Ekspert həm həmin universitetlərin adlarını, həm də tələbə axınının kəskin azalmasının səbəblərini qeyd edib:
"İlk olaraq dövlət ali təhsil müəssisələri:
1. Bakı Dövlət Universiteti. (Rüşvət, özbaşınalıq, tələbələrin incidilməsi faktı əsas göstərilir ictimaiyyət tərəfindən);
2. Azərbaycan Dövlət Pedoqoji Univeristeti. (Dərsləin yüksək səviyyədə keçirilməməsi və tələbələrin incidilməsi faktı əsas göstərilir ictimaiyyət tərəfindən);
3. Bakı Slavyan Universiteti. (Rəhbərliyin dəyişilməsindən sonra ali təhsil müəssisəsindən nüfuzlu müəllimlərin getməsi, əvvəlki sistemin olmaması əsas göstərilir ictimaiyyət tərəfindən);
4. Azərbaycan Texniki Universiteti. (Rüşvət, özbaşınalıq, tələbələrin incidilməsi və daha çox oxumayan tələbələrin orada cəmlənməsi faktı əsas göstərilir ictimaiyyət tərəfindən);
5. Sumqayıt Dövlət Universiteti. (Rüşvət, özbaşınalıq, tələbələrin incidilməsi faktı əsas göstərilir ictimaiyyət tərəfindən. Hətta Sumqayıt şəhər sakini olanlar ora deyil, Bakıdakı ali təshil müəssisələrinə üstünlük verir);
6. Bakı Mühəndislik Universiteti. (İctimaiyyətin fikrində hələ də özəl ali təhsil müəssisəi olaraq qalır. Bundan əlavə Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin verdiyi son qərar da çaşqınlıq yaradıb).
Özəl ali təhsil müəssisələri:
1. Azərbaycan Kooperasiya Universiteti. (Rüşvət, özbaşınalıq, tələbələrin incidilməsi faktı əsas göstərilir ictimaiyyət tərəfindən);
2. Odlar Yurdu Universiteti. (Real olaraq bağlanma təhlükəsi və Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin verdiyi son qərar da çaşqınlıq yaradıb);
3. Bakı Biznes Universiteti (Rüşvət olduğu iddia olunur);
4. Bakı Qızlar Universiteti (Əsasən qızlar oxuduğu üçün prestiji azdır)".
E.Əfəndinin sözlərinə görə, həmin ali təhsil müəssisələrinin rəhbərləri rəhbərlik etdikləri ali təhsil müəssisində yenidənqurma, daxili nizam-intizam qaydaları və ictimaiyyətlə əlaqələr bölümünə diqqəti artırmalıdırlar. Çünki bu ali təhsil müəssisələrini tələbələr ilk yerlərdə deyil, son yerlərdə istəyirlər.
Təhsil eksperti ən reytinqli, yəni abituriyentlərin daha çox üstünlük verdiyi ali təhsil müəssisələrinin siyahısını da açıqlayıb:
"1. Bakı Ali Neft Məktəbi
2. Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC
3. Azərbaycan Diplomatik Akademiya
4. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
5. Xəzər Universiteti
6. Azərbaycan Tibb Universiteti
7. Azərbaycan Memarlıq və İnşaat Universiteti
8. Azərbaycan Dillər Universiteti
9. Qərbi Kaspi Universiteti
10. Azərbaycan Dövlət Aqrar Universiteti"