Sidik kisəsini müayinə etmək üçün yerli xəstəxanaya müraciət edən Lester sakini həkimlərin səhvi səbəbindən sünnət olunub.
Moderator.az-ın İsrail mediasına istinadla verdiyi məlumata görə, sidik kisəsindəki ağrılarla bağlı klinikaya gələn 70 yaşlı Teri Brazyerin başı tibb heyəti ilə danışmağa o qədər qarışıb ki, üzərində səhv prosedur aparılmasının fərqinə varmayıb.
"Sünnət olunmağım mənim üçün böyük bir sürpriz oldu"- deyib qocaman Britaniya vətəndaşı.
Bu "sürpriz" üçün xəstəxana 70 yaşlı kişiyə 20 min funt sterlinq (təxm. 41 min 360 AZN) ödəyərək üzr istəyib.
Xəstəxana direktoru mediaya açıqlamasında belə deyib: "Səhv üçün çox üzülürük və fürsətdən istifadə edərək cənab Brazyerdən bir daha üzr diləmək istərdim. Biz bu cür hadisələrə çox ciddi yanaşırıq və bu səhvdən ibrət götürüldüyünə əmin olmaq üçün hərtərəfli araşdırma apardıq..."