Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İdman insan ömrünü qısaldırmış - ARAŞDIRMA



Finlandiya alimləri idmanın insan ömrünə təsiri ilə bağlı araşdırma aparıblar. e-tibb.az-ın xəbərinə görə, tədqiqat nəticəsində onlar belə qənaətə gəliblər ki, sağlam həyat tərzi kütləvi şəkildə idman fəaliyyətini özündə cəmləşdirsə də, fiziki fəaliyyət insan ömrünün 16 faiz qısalmasına səbəb olur.
Mütəxəssislər bildiriblər ki, insan ömrünün uzunluğu genetika ilə bağlıdır, onu hər hansı bir vasitə ilə, eləcə də idmanla uzatmaq mümkün deyil. Əksinə, idman ömrün qısalmasına səbəb olur. Alimlər bununla bağlı genetik cəhətdən oxşar siçovullar seçib, onlar üzərində təcrübə aparıb, həyat tərzlərini izləyiblər.
Fiziki fəaliyyətlə məşğul olan canlıların onlarla eyni, ancaq fiziki cəhətdən aktiv olmayan həmcinslərinə nisbətən 16% az yaşadıqları müəyyən edilib.
Elm adamları əkizlər üzərində aparılan təcrübə nəticəsində də belə qənaətə gəliblər ki, insanların da ömrü siçovullarda olduğu kimi idmanın təsirindən qısalır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10