Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu şəhər və rayonlardada ahıllar üçün günərzi mərkəzləri yaradılacaq



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri əsasında ahıllar üçün günərzi mərkəzləri ilk mərhələdə 10 şəhər və rayonda yaradılacaq.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, 4 mərkəz Bakı şəhərində, 6 mərkəz Sumqayıt, Gəncə, Mingəçevir, Abşeron, Xaçmaz, Lənkəranda olacaq.

Bu mərkəzlərdə tənha ahıllar yarımstasionar şəkildə, yəni günərzi formasında sosial-məişət xidmətləri ilə təmin olunacaq, onların asudə vaxtlarının mənalı təşkili və digər istiqamətlərdə işlər aparılacaq.

Qeyd edək ki, hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Burada özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər daimi dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10