Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yeni il ağır qəzalarla başladı||--||





Yeni il ağır qəzalarla başladı


 


Elə həmin gün Cəlilabadın Alar kəndində İran avtobusu ilə Biləsuvar rayon sakininin idarə etdiyi VAZ 2106 markalı maşınla toqquşub. Nəticədə Jiqulinin sürücüsü, 22 yaşlı Elçin Şahbazov və bir sərnişin elə hadisə yerindəcə keçinib. 28-29 yaşlı 3 gənc isə ağır yaralanıb. Qəza nəticəsində sıxılmış halda olan meyitləri maşından 2 saata güclə çıxartmaq mümkün olub.

Digər biləsuvarlı, həmin rayonun Zəhmətabad kənd sakini, 55 yaşlı Azər Bayramovun UAZ-2106 markalı maşını isə Lənkəranda astaralı sürücünün �Mersedes� markalı maşını tərəfindən vurulub. Zərbə nəticəsində maşın yaxınlıqdakı kanala düşüb və sürücü dünyasını dəyişib.

İki cənublu isə Bakıdakı qəza nəticəsində dünyasını dəyişib. Belə ki, Bakının Xəzər rayonu ərazisində VAZ-2107 markalı maşın elektroparovozla toqquşub. Nəticədə Yardımlı rayonunun Arvana kənd sakini Şahəli Nəcəfovun idarə etdiyi VAZ-2107 markalı maşının sürücüsü Şahəli Nəcəfov aldığı yaralardan yerindəcə keçinib. Maşında olan oğlanları - 8 yaşlı Rahib, 3 yaşlı Mehdi, qardaşı oğlu Murad Nəcəfov və qohumu İsmayıl Heydərov isə ağır yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, 8 yaşlı Rahibin həyatını xilas etmək mümkün olmayıb.

Ötən həftə Lənkəranda yanğın hadisəsi də baş verib. Mərkəzdən 18 kilometr aralıda, dağ ətəyində yerləşən Təngivan kəndində 44 yaşlı Ədalət Əliyevin evinə yanğınsöndürən maşınlar qalxa bilməyib. Nəticədə 5 nəfərin yaşadığı ev bütün əşyaları ilə tamam yanıb.

Bundan əlavə Lənkəranda 40 yerlik uşaq bağçasında yanğın baş verib, lakin onu qısa müddətdə söndürmək mümkün olub.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10