Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyan asma körpüdə “Köçəri” rəqsini oynadı və Qarabağ çağırışı etdi – VİDEO



Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın qədim torpağı olan Dərələyəzdə (ermənilər bura Sünik vilayəti deyirlər) asma körpünün üstünə çıxaraq, “Köçəri” rəqsini oynayıb.

Publika.az
 xəbər verir ki, rəqs zamanı Paşinyanı müdafiə naziri David Tonoyan və milli təhlükəsizlik naziri Artur Vanetsyan müşahidə edib.

Ermənistan mediası Paşinyanın rəqsinin “Sparapet günü” bayramı ilə əlaqədar olduğunu yazıb. Ermənilər iddia edirlər ki, bu bayram XVII əsrdə İrana qarşı “milli azadlıq hərəkatı”dır. Paşinyan rəqs edərək, tərəfdarlarını Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə çağırıb.

Ermənistanın baş naziri Xankəndidə mitinq keçirməyi planlaşdırır.



Asif





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10