Türkiyənin imam-xətibləri üçün yeni bir fənn meydana çıxıb- Çin dili.
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, bundan əvvəl Türkiyə mədrəsələrinin icbari proqramına yalnız ərəb, ingilis, ispan, rus və alman dilləri daxil idi. İlk Çin dili dərsləri İstanbulun Kiçikmece rayonundakı İmam-Xətib məktəbi tərəfindən təqdim ediləcək. Sentyabr ayından etibarən gələcək məscid rəhbərləri və İslam təbliğçiləri olacaq mollalar bu dili Konfutsi İnstitutunun dəstəyi ilə mənimsəyə biləcəklər.
Sultan Laçın