Qəzetimizin sentyabr sayında Vasif Əlhüseynin təqdimatında “Bir boşanmanın acıları” adlı yazı dərc etmişdi. Yazıda Cəlilabad rayonun Muğan kənd sakini Əlihüseynova Zenfira Məmmədqulu qızı boşandıqdan sonra, keçmiş həyat yoldaşı həmkəndlisi Vətən Zeynalovdan iki uşağına görə aliment ala bilməməsindən şikayətlənirdi. Yazıda Z.Əlihüseynova məhkəmə icraçılarının problemə biganə yanaşmasından şikayətlənmişdi. Yazıdan xəbər tutan məhkəmə icraçıları bu günlərdə polislə birlikdə Vətən Zeynalovun Muğan kəndindəki ata evini mühasirəyə alaraq V.Zeynalovun axtarışına başlayıblar. Axtarış zamanı V.Zeynalovu evdə tapa bilməyən polis maraqlı hadisəylə qarşılaşıb. Hadisə yerində olan Z.Əlihüseynova polislərdən hamamı axtarmağı xahiş edib. Hamama baxış keçirən polis V.Zeynalovun elə hamamda qoluna qandal vuraraq həbs edib.
Bu köməyə görə Z.Əlihüseynova redaksiyamıza də öz dərin təşəkkürlərini ünvanlayıb. Xatırladaq ki, şikayətçinin bildirdiyinə görə artıq qarşı tərəfdən alimentinin bir hissəsi ödənilib. Qalan məbləğ isə bu yaxınlarda ödəniləcək.
Redaksiya da öz növbəsində təqdim etdiyimiz məqaləyə operativ reaksiya verdiyinə görə Cəlilabad rayon məhkəmə icraçılarına minnətdarlığını bildirir.