Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məkkədə- Mina vadisində zəvvarların qaldığı çadırlarda yanğın baş verdi-FOTO



Dünən- avqustun 4-də Məkkə yaxınlığındakı Mina vadisində zəvvarların qaldığı çadırlarda yanğın meydana gəlib. 

Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğını tez bir zamanda lokallaşdırmaq mümkün olub.  İlkin məlumatlara görə, bir neçə zəvvar çadırı yanıb, heç kim xəsarət almayıb.  

Xatırladaq ki, bu günə qədər dünyanın hər yerindən Səudiyyə Ərəbistanının müqəddəs məkanlarına Həcc ziyarəti üçün 2 milyondan çox zəvvar toplanıb.

Sultan Laçın





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10