Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təqaüd yaşı 58 oldu və qadınlara... - Qanunda RADİKAL DƏYİŞİKLİK



Səudiyyə Ərəbistanında qadınlara yalnız səyahət, ailə vəziyyəti və iş ilə bağlı icazələr verilib.

İcazələri əhatə edən bəyannamə rəsmi qəzetdə yayımlanıb.

Qərar çərçivəsində qadınlar hər hansı kişi qohumunun icazəsi olmadan pasport ala və yalnız səyahət edə biləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlar və 21 yaşdan aşağı kişilər kişi qohumunun icazəsi olmadan pasport çıxara bilməzdi. Yeni qərarla kişilərə də bu haqq tanınıb.

Bundan başqa, sadəcə kişilərə və dul qadınlara verilən “ailə rəisi” status bundan sonra arzu edən hər kəsə veriləcək. bu çərçivədə qadınlar doğum, evlilik və boşanma ilə bağlı sənədlərini özləri əldə edə biləcək. 

İşləmək haqqı cinsiyyət, fiziki vəziyyət və yaş fərqi olmadan hər kəsə tanınacaq. Təqaüd yaşı qadın və kişilər bərabər olmaq şərtilə 58 müəyyən edilib. Daha əvvəl kişilər 60, qadınlar 55 yaşında təqaüdə çıxırdı.

(publika az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10