ABŞ-ın Nyu-york ştatındakı Bronx sakinləri qonşuları Luis Siqnorun 107 yaşını qeyd edib. Qadın uzun yaşamağın sirrini soruşanlara "Heç vaxt ərə getmədim, sirr budur"deyib.
Moderator.az xəbər verir ki, aktiv bir gün keçirdiyini, rəqs etdiyini və loto oynadığını qeyd edən İtalyan mənşəli qadın həyatı boyu heç ailə qurmayıb. Sağlam pəhriz saxladığını və məşq etdiyini bildirən Siqnorun qonşuları 99 yaşından bu yana hər il onun ad gününü qeyd edir və şərəfinə qonaqlıq verirlər.
"Bacım da mənə kaş heç vaxt ərə getməyəydim deyir" deyən 107 yaşlı qadının bacısı isə 102 yaşındadır.