Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Adnan Oktar cəbhəsindən qorxunc etiraf: "4 qadını hamilə qoyub, sonra isə…"



Adnan Oktarın cinayətkar dəstəsinə yönəlmiş iddianamədə qalmaqallı “abort” detalı diqqət çəkib. 

 Türkiyə mediası  xəbər verir ki, istintaq sənədlərinə görə, qrup rəhbəri Adnan Oktar 1991-ci ildə abortun haram olduğunu deyib, amma bunun ardınca bərabər olduğu təşkilat üzvləri olan qadınların hamilə qalmasından sonra “abort haram deyildir” söyləyib. Aylin Atmaca, Didem Ürer, Gülgün Göktan və Ebru Atillanın da abort etdirdikləri iddia edilib. 

İstanbul Cümhuriyyət Baş Prokurorluğunda hazırlanan iddia ərizəsində şahid olaraq ifadəsi alınan H.K abort qalmaqalı ilə bağlı hər şeyi danışıb. 

H.K. ifadəsində aşağıdakıları deyib: “1991-ci ilə qədər təşkilat içində Adnan Oktarın icazəsi ilə evlənmək sərbəst olsa da, uşaq dünyaya gətirmək qadağan idi. Çünki Adnan Oktar uşağın ayaq bağı olacağını düşünürdü. Amma evli olanların bəziləri qəza ilə uşaq sahibi oldu və uşaqlar da elə təşkilatın içində böyüməyə başladı”. 

“ÖNCƏ HARAM DEDİ” 

Adnan Oktar əvvəl “Qurana görə, abort haramdır. Qəza da olsa, uşaqlar dünyaya gəlsin” dedi. Amma özü 1991-ci ildən sonra təşkilatdakı bütün evli olanlara boşanma təlimatını verdi və Allah razılığının özündə olduğunu dediyi üçün təşkilatda olan bütün qadınların onunla evlənməsini dedi”. 

"ÖZÜNÜ XİLAS ETMƏK ÜÇÜN…"

“Burada rəsmi evliliklər davam edirdi. Amma qadınlar Adnan Oktarın imam nikahlı arvadı idi. Aylin Atmaca adlı şəxs Mehmet Murad Atmaca adlı şəxsin rəsmi olaraq həyat yoldaşı idi. Amma Adnan Oktar hər kəsi boşandırdıqdan sonra Aylin Atmaca ilə münasibətə girərək, onu hamilə qoydu. 

Əvvəllər etiraz etdiyi abort məsələsi ilə bağlı “təkrar ayələrə baxaq” dedi və bir toplantıda abort etdirməyin Qurana görə haram olmadığını dedi. Aylin Atmaca da abort etdirdi. Buradakı vəziyyət isə “Mehdinin uşağı olmazdı” deyə bir hədisə əsasən tənzimlənmişdi. O, uşağı olarsa, Mehdi olmadığının ortaya çıxacağından narahat idi. Ona görə də abort etdirdi”. 

Bundan başqa, A.Oktarın birlikdə olduğu qadınlardan Gülgün Göktan və Ebru Atilla Yılmazın da hamilə qaldıqları və abort etdirdikləri iddia edilir. 

Sevinc, musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10