Yay mövsümü başlayandan, demək olar ki, hər gün boğulma xəbərləri eşidirik. Hadisənin sayı hədsiz dərəcədə çoxalıb. Bəzən bu, vətəndaş səhlənkarlığı və ya qadağan olunmuş yerlərdə üzməsi, dərinə getməsi ucbatından baş verir.
Bu halların çoxalması isə hovuza üz tutan insanların sayını artırıb.
“Dənizin özünün spesifik xüsusiyyətləri var. Belə ki, dəniz suyu öz-özünü təmizləyir. Dəniz suyunda ya xəstəlik törədicilər olmur, ya da norma daxilindədir. Bu, özünü təmizləmə xüsusiyyətindən irəli gəlir. Bu səbəbdən dənizdə xəstəliyə yoluxma ehtimalı çox azdır.
Amma indi hər gün rəsmilər dənizlərdə vəziyyətin yaxşı olmadığını, bəzi çimərliklərə getməməyi məsləhət görür. Səbəb isə dənizin kənarında fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin tullantılarının dənizə atılmasıdır. Bununla da suyun çirklənməsi nəticəsində insanlar kifayət qədər xəstəlik tapır. İnsanlar mədə-bağırsaq, allergik və dəri xəstəliklərinə yoluxur. Çirkli dənizdə mikrob və xəstəliktörədici səviyyələr qırmızı xətti keçir. Amma burada əhalini günahlandırmaq düzgün deyil”.
Vaqif Qarayev təmizlik baxımından və xəstəliklərin olmaması üçün hovuz suyunun ozonlaşdırırmalı olduğunu hesab edir:
“Hovuz suyunun uşaq imunitetinin möhkəmlənməsində, yuxunun normallaşmasında, iştahanın yaxşılaşmasında və ən əsası, qamətin düzgün formalaşmasında çox böyük rolu var. Böyüklərdə isə ürək qan-damar, əzələ sisteminin işləməsinə müsbət təsir göstərir. Arıqlamaq üçün hovuz çox yaxşıdır. Bu səbəblərlə hovuza getmək olar. Amma hovuzun suyunda dənizdən fərqli olaraq özü-özünü təmizləmə xüsusiyyəti yoxdur. Ona görə də müasir metodlara əsaslanaraq mütləq hovuz suyu ya ozonlaşdırırmalı, ya da oradakı suyu təmizləyən ultrabənövşəyi lampalardan istifadə edilməlidir. Yəni kənardan müdaxilə lazımdır. Hazırda bizim hovuzlarda bu medotlardan istifadə edilmir. Bu səbəbdən əksər hovuzlardan xlor iyi gəlir. Bu, keçmişdən gələn köhlənmiş üsuldur.
Heç nə vurulmamasındansa, xlor yaxşıdır. Heç olmazsa, az da olsa suyu təmizləyir. Xlorun iyindən və izafi konsentresiyasından allergik xəstəliklər yaranır, həm də dəridə müxtəlif problemlər üzə çıxır. Çox xlor iyi gələn hovuza getməyə çalışmaq lazım deyil. Çünki həmin hovuzlarda xlorun miqdarı çoxaldılır. Həm də insanların az olduğu saatlarda ora getmək lazımdır. Bəzən 10-15 nəfər girə biləcək hovuzdan 30-35 nəfər istifadə edir”.
Pediatr əlavə edib ki, hovuzlarda dəri və göbələk xəstəliklərinin olması ehtimalı çoxdur:
“Ona görə də çimmək üçün xüsusi geyimlərdən istifadə edilməlidir ki, dərinin göbələk xəstəliyinə tutulması ehtimalı sıfır olsun. Hər kəs özünü qorumalıdır. Xüsusən də uşaqların hovuzdan təlimatsız istifadə etməsi düzgün deyil”. Oxu.az
Bu halların çoxalması isə hovuza üz tutan insanların sayını artırıb.
Bəs hovuzlar nə dərəcədə təmizdir və hansı xəstəliklərə yol aça bilər?
Məsələ ilə bağlı Oxu.Az-a danışan pediatr Vaqif Qarayev bildirib ki, sağlamlıq və təmizlik baxımından dənizdə çimmək hovuzdan yaxşıdır:“Dənizin özünün spesifik xüsusiyyətləri var. Belə ki, dəniz suyu öz-özünü təmizləyir. Dəniz suyunda ya xəstəlik törədicilər olmur, ya da norma daxilindədir. Bu, özünü təmizləmə xüsusiyyətindən irəli gəlir. Bu səbəbdən dənizdə xəstəliyə yoluxma ehtimalı çox azdır.