""Azərsu" borcu nə məqsədlə götürdüyünü açıqlamalıdır"
Səhmdar cəmiyyətinin maliyyə hesabatına görə, bu, ötən illə müqayisədə 2 % çoxdur.
Hesabat dövründə "Azərsu"yun Maliyyə Nazirliyinə borcu 27 % artaraq 90,778 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 10,6 % artaraq 60,569 milyon manat təşkil edib.
Həmçinin Fransanın korporativ və investisiya bankı "Natixi"s ə borcu 12,8 % azalaraq 44,527 milyon manat, Dünya Bankına borcu 24,7 % azalaraq 34,781 milyon manat, Asiya İnkişaf Bankında (ADB) borcu 16,05% azalaraq 73 min manat, "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) borcu isə təxminən 3 % artaraq 73 min manat olub.
İqtisadçı ekspert Toğrul Maşallı Arqument.az-a bildirib ki, "Azərsu" ASC-nin borclar əsasən əməliyyat fəaliyyəti ilə bağlıdır: ""Azərsu" öz əməliyyat fəaliyyətini özü həyata keçirir, investisiyaları isə dövlət icra edir. Məsələn, boruların dəyişdirilməsi, yeni boruların tikilməsi, hər hansı stansiyaların və ya su anbarlarının təmir edilməsi. Lakin cari fəaliyyətlə bağlı o özü qərar verir. Fikrimcə, bu borc da cari fəaliyyətlə bağlıdır".
Ekspert deyir ki, qurum hansısa cari fəaliyyətlə bağlı götürdüyü kreditin xərclənmə istiqamətini hesabatda göstərməyib: "Maliyyə Nazirliyindən müəyyən kreditlər götürürlər ki, daha sonra özləri ödəsinlər. Hesabatda isə bu borcu nə məqsədlə götürdükləri barədə dəqiq məlumat yoxdur. Məncə, buna da aydınlıq gətirilməlidir".
Onun sözlərinə görə, Maliyyə Nazirliyi "Azərsu" ASC -yə borcu faizsiz, KfW illik 0,75 %-lə,''Natixis" illik 2,45 %-lə Dünya Bankı illik 0,75 %-lə, ADB illik 2,5 % -lə, ABB isə illik 1 %-lə verib.