ABŞ-n Ohaya ştatının sakini Meri Treyner itin tüpürcəyi vasitəsilə ağır infeksiyaya yoluxaraq, yuxarı və aşağı ətraflarından məhrum olub. Bu barədəFox8yazır.
Qeyd edilir ki, Karib adalarında keçirdikləri məzuniyyətdən qayıtdıqdan sonra, qadın özünü pis hiss eləməyə başlayıb. Onun bel nahiyyəsi güclü ağrıyır, ürəyi bulanırdı. Lakin Treyner qripə yoluxduğunu düşünürdü.
Bir müddətdən sonra halı pisləşdiyi üçün qadın xəstəxanaya yerləşdirilir. İntensiv terapiyaya baxmayaraq, Treynerdə sepsis başlayır. O, süni komaya salınsa da, artıq qanqrena başlamışdı. Həkimlər qadının həyatını xilas etmək üçün, onun dizdən yuxarıyadək ayaqlarıvə əllərini amputasiya etməli oldular.
Bildirilir ki, Treynerin analizlərində, adətən, it və pişiklərdə rast gəlinən "Capnocytophaga” bakteriyaları aşkar edilib. Bu bakteriyalar ya heyvanın dişləyi, ya da tüpürcəyi ilə ötürülür.
Həkimlər Treynerin özünün itlərindən birindən yoluxduğunu düşünürlər. Hadisəyə baxmayaraq, qadın heyvanlarını əvvəlki kmi sevdiyini bildirir.