Romanın tezliklə Bakıda və Masallıda imza günü keçiriləcək
“Azərnur”, “Bakı açıq şəhərdi”, “Qara sarmaşıq”, “Kiçik Paris”, “Ömür vağzalı” , “Yaralı qu quşları”, “Adəm və Həvva” adlı bədii, “Seyid Sadıq”, “Sarəng zirvəsi”, “Əsrin sönməz şamları” , “Sonuncu monoloq”, “Masallı –cənnət misallı” və başqa publisistik kitabların müəllifi, həmyerlimiz yazıçı Nurəddin Ədiloğlunun “Taxt və Tabut” adlı tarixi romanı bu günlərdə “OL” nəşriyyatında işıq üzü görüb.
Romana türkologiya, folklorşünaslıq, təsəvvüfədəbiyyatı sahəsində tanınmış Azərbaycan alimi, filologiya elmləri doktoru, professor Füzüli BAYAT ön söz yazmışdır.
Alimin qeyd etdiyi kimi,Azərbaycanda Əlisa Nicatın “Qızılbaşlar”, Fərman Kərimzadənin “Xudəfərin körpüsü”, Əzizə Cəfərzadənin “Bakı 1501” tarixi romanlardan sonra Şah İsmayıl haqqında yeni bir roman yazmaq təbii ki, çətindir.
“Hələ Türkiyədə Reha Çamuroğlunun “İsmail” romanını, İsgəndər Palanın “Şah və sultan” əsərini demirik ki, bu əsərlərdə dar Osmanlıçılıq çərçivəsi özünü göstərir.”
“Taxt və tabut” romanı da Şah İsmayıl Yavuz Sultan Səlim münasibətinə həsr edilmişdir. Tarixə sadiq qalmaq, dəyişik dinə, məzhəbə, irqə mənsub olan oxuyucuları incitməmək, əsərin bədiiliyini qoruya bilmək və s. bunlardan əsas olanlarıdır. “Taxt və tabut” romanı böyük ölçüdə tarixi həqiqətlərə sadiq qalmış, folklordan gələn bir çox rəvayət, əhvalat da əsərin oxunaqlığını artırmışdır...
Füzuli BAYAT yazır:“...son dövrlərdə Şah İsmailə qarşı Azərbaycanda başladılan düşmənçilik kompaniyasının kökü məlum deyildir(Əslində məlumun məlum olmamsıdır). Burada deyiblər ki, biz nə İsaya qul, nə də Məhəmmədə ümət ola bildik. Bildik bilmədik danışanlarla, sapla samanı ayırd edə bilməyənlərin, qula qul olanların, yarınanların, yarımçıq oxuyanların baş alıb getdiyi bir vaxtda yenidən Şah İsmail mövzusuna qayıtmaq zamanında atılan addımdır.Və “Taxt və tabut” romanı da belə bir zamanda yazılmışdır.”
Xatırladaq ki, “Manera az”, İlkxəbər.org” saytları ilə yanaşı bizim “Cenubxeberləri.COM” saytı da oxucuları “Taxt və tabut” romanından kiçik parçalarla tanış etmişdir. Yazıçı Nurəddin Ədiloğlunun bildirdiyinə görə, yaxın günlərdə Bakıda - Azərbaycan Yazıçılar Birliyində və Masallıda - “Cənub xəbərləri” qəzetinin redaksiyasında romanın imza günü keçiriləcəkdir.
cenub.az