Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Cənub xəbərləri”||--||təqdim etdi




“Cənub xəbərləri” qəzeti redaksiyası ötən sayında lənkaranlı şairə Xatirə Xatunun 2 şeirini oxuculara təqdim etmişdi. Həmçinin qəzet həmin sayında Ukraynada keçirilən “Böyük səhnə” müsabiqəsində rok ifaçısı kimi qalib olmuş və xüsusi mükafata layiq görülmüş Aysel Nərimanovanın həyat yolunu işıqlandırmışdı. Bu istedadlar Masallı şəhər 1 saylı məktəbin diqqətini cəlb etmiş və məktəbin rəhbərliyi həmin şəxslərlə görüş keçirtməyə qərar verib. Noyabrın 11-də Şəhər 1 saylı məktəbin 350 nəfərlik akt zalında baş tutan görüşdə ilk təqdimatı Respublikanın Əməkdar Müəllimi Mirqabil Hüseynov etmişdir. Daha sonra tədbirə Zahir Əmənov aparıcılıq edib. Məktəbin şagirdləri Xatirə Xatunun şeirlərindən parçalar söyləyib. Daha sonra Xatirə Xatun öz şeirlərini oxuyub və oxucuların çoxsaylı suallarını cavablandırıb. Hazırda Masallı Rayonun Böyük Xocavar kəndində yaşayan və Masallı İncəsənət Məktəbində müəllim işləyən Aysel Nərimanovun oxuduğu mahnılar isə tədbir iştirakçıları dəfələrlə ayaq üstə, coşqun alqışlarla qarşılanmışdır.

 “Cənub xəbərləri”||--||təqdim etdi 


 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10