Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zelenskinin maaşı açıqlandı



Ukrayna prezidenti Vladimir Zelenskinin maaşı 28 min qrivna (1876 AZN) təşkil edir.

Bu barədə Ukrayna işləri üzrə Dövlət İdarəsi məlumat yayıb.

İdarə bildirib ki, göstərilən məbləğin 5460 qrivnası (365 AZN) vergiyə çıxılır. Zelenskinin sələfi Petro Poroşenkonun da prezident postunda eyni məbləğdə maaş aldığı qeyd edilir.

Zelenski 2018-ci ildə 9,7 milyon qrivna (650 min AZN) gəlir, eləcə də həyət evi, mənzil və hoteldə nömrələr deklorasiya etmişdi. O, İtaliyada bir neçə mənzilə, Böyük Britaniyada bir mənzilə və Gürcüstanda hotel nömrələrində paya malikdir.(oxu.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10