Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İki qızını öldürən anaya 32 il həbs cəza kəsildi



Cani ana "intim həyatıma mane olur" deyə uşaqlarını öldürüb

 

İngiltərədə intim həyatına mane olduqları üçün iki uşağını öldürdüyü iddia edilən ana 32 il həbs cəzasına məhkum edilib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı Loise Portonun ötən il yanvar və fevral aylarında iki qızını - üç yaşlı Leksi Draper və 17 aylıq Scarlet Vauqhanı boğaraq öldürdüyü iddia edilirdi.

Cani anne âseks hayatını engelliyorâ diye çocuklarını öldürdü
Özünü model kimi tanıdan Porton ötən ilin mart ayında uşaqlarının öldürülməsində şübhəli şəxs kimi saxlanılıb. Porton uşaqlarını öldürdüyünü inkar etsə də, məhkəmənin qərarı ilə uşaqlarının ölümündə günahkar çıxarılıb.

 

Məhkəmədə Portonun ilk uşağı Lexi öləndən yalnız bir gün sonra 41 kişinin görüş təklifini qəbul etdiyiqeyd olunub. Bundan başqa, prokurorlar 17 gün sonra həyatını itirən ikinci uşağı Scarletin ölümündən sonra isə qadının sakit və duyğusuz olduğunu iddia edib.

 

Portonun yazılı mesajlarında pul qarşılığında intim xidmət göstərdiyi də məhkəmədə qeyd olunub. 

Bundan başqa, Lexi xəstəxanada yatarkən Portonun tualetdə çılpaq fotosunu çəkərək sosial şəbəkədə  tanış olduğu adama pul qarşılığında seks təklif etdiyi ortaya çıxıb.

 

Nəzarətə alındıqdan sonra Portonun telefonunda "Bir cəsəd nə qədər vaxtda soyuyar", "Öldüyünüzdə baş verən beş qəribə şey" kimi axtarışlar etdiyi də müəyyən edilib.

Müəllif: Ayna.az 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10