Bir neçə il bundan əvvəl dünyasını dəyişmiş cəlilabadlı Məmmədhüseyn Məlikovun toxumlardan yaratdığı qiymətli sənət əsərləri bu gün də saxlanılır.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bununla belə, bitki toxumlarından hazırlanan sənət əsərlərinin darısqal, qaranlıq otaqdan çıxarılmasına ehtiyac var.
M.Məlikov ömrünün sonuna kimi müxtəlif bitki toxumları ilə bir çox şəxsiyyətlərin portretlərini və digər əsərlər yaradıb.
Onun əl işləri bəzən bir ilə yaxın müddətə başa gəlsə də, tələb olunan hər bir rəng çaları, kölgə effektləri toxumun spesifik rənginə uyğun olaraq portret cizgilərində əks etdirilib.
Bəzi toxumları xarici ölkələrdən gətizdirən M.Məlikovun 100-dən artıq bitki toxumu ilə yaratdığı əsərlər də var.
Onun əsərləri xarici sərgilərdə, hətta Ermitaj muzeyində də nümayiş etdirilib.