Hasara qurban gedən vəzifə
X
Adının çəkilməsini istəməyən qovşağın işçisi söhbət zamanı bizə bildirdi ki, hasar söhbəti meydana gələndən sonra Ə.Kərimov yaranmış vəziyyət barədə bizə məlumat verdi. O açıq şəkildə deyirdi ki, Şahağacı yolunun üstündə qovşağın payına düşən 400 metrə yaxın hasar üçün 4-5 min manat pul istəyirlər. Bu pulu ya sizdən almalıyam, ya da borc etməliyəm. İşçilərin elə maddi imkanı yox, qanunu pozub əmək haqqınızı kəsməyə də ürəyim gəlmir. Borc almağa da imkanım yoxdur.
Yada salaq ki, ölkə prezidenti Astara - Balaca Şahağacı yolunun təmir edilməsi üçün 3,5 milyon manat pul ayırıb. Yol təmir olunub. Əslində buna təmir də demək olmaz. Asvaltın lazımi qalınlıqda olmaması adi gözlə də bilinir. Yol hazır olandan sonra yol kənarında hasar tikməyə başladılar. 18 kilometrə çatan yolun hasarını əhalinin, daha doğrusu idarə müdirlərin hesabına çəkirlər. İdarə müdirləri hasar pulunu tabeçiliklərində olan məmurlardan, məmurlar da öz növbəsində əhalidən zorla alır. Məsələn, verilən ünvanlı yardımın yarısını götürür, müəllimlərin, həkimlərin əmək haqqını kəsirlər. Bu hesabla idarələrdə oğurluq halları baş alıb gedir. Ən qəribəsi odur ki, rayonun hüquq-mühafizə, inzibati orqanları da bu işdə M.Quliyevə yardımçı olurlar. Buna görə də inamları olmadığı üçün, sözü gedən məsələ ilə bağlı onlara şikayət edən də olmur. Əslində M.Quliyev bu hərəkəti ilə rayonda rüşvətxorluğa, korrupsiyaya rəvac verir. Əlövsət Kərimovun başına gətirilənlər onu göstərir ki, M.Quliyevə düz adam, savadlı mütəxəssis lazım deyil.
M. Quliyev bu qaydada ölkə prezidentin payızda Astaraya nəzərdə tutulmuş səfərinə hazırlaşır. Hasar çəkib ona rəng sürtməklə islahatçı adını qazanmaq istəyir. O bir faktı yaddan çıxardır ki, Astarada 100 min nəfərə yaxın adam yaşayır. Bu adamları susdurmaq isə çətindir. Onun kimi sıravi astaralılar da prezidentin Astaraya gəlişinə. Heç inandırıcı deyil ki, prezidentin bu səfərindən M.Quliyevə təşəkkür düşsün. Ən azı ona görə ki, Astarada mərkəzdən alınan milyonlarla manatın müqabilində çox az iş görülüb.
Yazını hazırlayarkən məlumat aldıq ki, Ə.Kərimov Bakıya, nazirliyə gedib. İndi görək nazirlik nə deyəcək.
QOCA