Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

�Manqurt� Lənkəranda||--||



�Manqurt� Lənkəranda


Lənkəran Dövlət Dram Teatrı özünün 120-ci mövsümünü qırğız yazıçısı Çingiz Aytmatovun �Gün var əsrə bərabər� romanının motivləri əsasında hazırlanmış �Manqurt� tamaşası ilə açdı. Respublikanın əməkdar artisti Firudin Məhərrəmovun quruluş verdiyi səhnə əsərinin musiqi tərtibatçısı əməkdar incəsənət xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.

İslam Həsənov - Lənkəran Dövlət Dram Teatrının direktoru:

-Keçən il Gürcüstandan gələn rejissor Zurab Kaxatlinin hazırladığı �Şeytanın oyunları� tamaşası hal-hazırda Gürcüstanda 20 günlük turne ilə səfərə çıxır.. Əlavə olaraq İstanbulda keçiriləcək teatr festifalına �Şeytanın oyunları� tamaşası ilə qatılacağıq.

Məlumat üçün bildirək ki, ötən mövsüm Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı çox əlamətdar olub. Belə ki, teatr İspaniyada yaradılan Fitac teatr hərakatına qoşulub.

İlkin


 


Əməkdar artist Elşad Zeynalovun xatirə lövhəsi açılıb

Sentyabrın 22-də Lənkəran şəhərinin Qala Xiyabanı, 28 ünvanında yerləşən binanın qarşısında Əməkdar artist Elşad Zeynalovun xatirə lövhəsinin açılışı olub. Uzun illər Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmış Elşad Zeynalov bu ünvanda yaşayıb.

Bu münasibətlə keçirilən mərasimdə teatrın kollektivi, ictimaiyyət nümayəndələri, ziyalılar və sənətkarın yaxınları iştirak ediblər. Qeyd olunub ki, E.Zeynalov 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. Səhnədə 100-ə yaxın rolda çıxış edib, Azərbaycan teatrının inkişafındakı fəaliyyətinə görə 2000-ci ildə o �Əməkdar artist� adına layiq görülüb. Elşad Zeynalov 1986-cı ildən ömrünün sonunadək Lənkəran teatrının direktoru vəzifəsində çalışıb. 2006-cı il yanvarın 5-də 55 yaşında dünyasını dəyişib. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10