Bir neçə müddət bundan öncəOpenAItəşkilatı insanın yazdığı mətndən fərqlənməyən mətnləri yarada bilən süni zəka texnologiyasını təqdim etmişdi.
Lent.az "technote"a istinadən xəbər verir ki, bu alqoritm avtomatlaşdırılmış mətn generasiyası tenxologiyasının necə asan şəkildə fake xəbərlər və rəylər yazmağı bacardığını göstərdi.
Massaçusets Texnoloji Universitetinin daxilində fəaliyyət göstərənIBM Watsonlaboratoriyasının müxtəssisləri isə süni zəka tərəfindən yazılmış mətni təyin etməyi bacaran xüsusi süni zəka texnologiyasını yaradıblar.
Mütəxəssislər tərəfindən yaradılmış bu yeni süni zəka texnologiyasıGiant Language Model Test Room(GLTR) adlanır. Bu texnologiya dil biliyinə əsaslanmır. Əksinə o, cümlələrin strukturlarında olan qanunauyğunluqları axtarır. İstənilən süni zəka mətnləri alqoritm vasitəsilə yaradır. GLTR isə bu alqoritmi təyin edərək mövcud cümlənin insan tərəfindən yazılıb-yazılmadığını anlaya bilir.