Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyada bir ilk: Heyvanlar insan orqanı ilə doğulacaq...



Yaponiya insan-heyvan rüşeym sınağına icazə verib. Təcrübədə insan hüceyrələrini yaradan heyvan rüşeymləri istehsal edilib daşıyıcı heyvanlara nəql ediləcək və bu heyvanlar insan orqanı ilə doğulacaq.
 
Moderator.az xəbər verir ki, Yapon hökuməti bu ilin əvvəlində verdiyi icazə ilə insana aid hüceyrələrin heyvan rüşeyminə yerləşdirilməsi və yetişdirilməsinə dair təcrübələrin önünü açıb. 
 
Tokio və Stanford Universiteti kök hüceyrə araşdırmaları sədri Hiromitsu Nakauçi 10 ildir gözlədiyi bu yolla insan hüceyrələri yaradan heyvan rüşeymləri istehsal edib, bu hüceyrələri daşıyıcı heyvanlara nəql olunacaq.
 
Daha sonra da bu heyvanları körpə kimi böyüdüb, insan orqanları ilə doğulması təmin ediləcək. Nakauçi "Dərhal insan orqanı yaratmağı gözləmirik. Ancaq bu icazə ilə araşdırmamızı  irəli apara biləciyik" deyib.
 
Təcrübələr ilk olaraq insan hüceyrələrinin siçan rüşeymlərinə əlavə olunması ilə başlayacaq. Bu hüceyrələr genetik quruluşlarındakı fərqliliklə bir mədəaltı vəzi yaratmayacaq. Məqsəd siçovulun insan kök hüceyrələrini istifadə edərək özünə bir mədəaltı vəz yaratması olacaq. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10