
Xəzər Universitetinin Neftçilər kampusunda (Məhsəti küç., 41) Açıq Qapı Günləri başlandı.
Açıq Qapı Günlərinin təşkil olunmasında məqsəd Dövlət İmtahan Mərkəzinin iyul ayının 24-dən
avqust ayının 6-a kimi elan etdiyi ali təhsil müəssisəsi və ixtisas seçimi prosesində abituriyentlərə əsaslı yardım göstərməkdən ibarətdir.
Açıq qapı hər gün (həftə sonu istisna olmaqla) səhər saat 10-dan axşam saat 5-ə kimi davam edəcək.
Açıq Qapı Günləri avqustun 6-a kimi davam edəcək!
