Əslən Masallı rayonunun Qədirli kəndindən olan tanınmış jurnalist-publisist Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı...” adlı növbəti kitabı işıq üzü görüb. Kitab Qarabağ döyüşlərində itkin düşmüş soydaşımız Xəqani Eyvaz oğlu Əkbərovun həyat və döyüş yolu əsasında qələmə alınmış sənədli povestdir.
“Azəri” Poliqrafiya nəşriyyatında nəfis tərtibatla çap olunmuş “Gözlər yoldan yığılarmı...” kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən müştərək layihəsi əsasında ərsəyə gətirilib. Layihənin rəhbəri Xatirə Kitabı redaksiyasının baş redaktoru, tanınmış şairə Nəzakət xanım Məmmədova, redaktoru və ön sözün müəllifi şair-publisist Zülfüqar Şahsevənli, rəyçisi “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevdir.
“Gözlər yoldan yığılarmı...” Nəzirməmməd Zöhrablının müəllif kimi üçüncü, həmmüəllif kimi altıncı kitabıdır. Məlumat üçün qeyd edək ki, N.Zöhrablı yüzlərlə publisistik məqalənin, “Üçrəngli bayrağa bürünmüş şairə”, "Hər yarpaq birsözümüz" kitablarının müəllifi, “Həsən bəy Zərdabi və “Əkinçi”, “Şuşa və Ağdamın Turizm Potensialı”, "Qarabağ muzeyləri" ensiklopedik-məlumat kitabı" kitablarının həmmüəllifidir.
Aqata Kristinin “Üç pərdəli faciə”, Çingiz Abdullayevin "Əclafların kredosu", "Namərdin üslubu", “Qələbənin səcdəgahı”, Misir yazıçısı Necib Mehfuzun "Yeni Qahirə", Fransayazıçıları Mark Levinin "Hardasan", Frederik Beqbederin “Ona və Sellincer”, Ukrayna yazıçısı Pavel Zaqrebelnının "Poksolana", ABŞ yazıçısı Stiven Kinqin “11/22/63” Con Kennedi” kitablarının Azərbaycancaya tərcüməsinin, Xalq şairi Musa Yaqubun “Dövründəyirmanı”, “Sevgi sətirləri”, “İndi bildim nağıldı...”, “Qara daşın sədası”, “Gərək bu sözümü daşlara yazım”, Moskvada yaşayanhəmyerlimiz Elçin Qasanovun “Azəri qızı Yerevanda” və s. iri və kiçik həcmli onlarla kitabınredaktorudur.
cenub.az