Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

�Həzrəti Yusif� filmi, SÖZ-ün qüdrəti||--||



�Həzrəti Yusif� filmi, SÖZ-ün qüdrəti


 




Burada peşəkar dublyajın da əhəmiyyəti böyükdür. Tamaşaçı filmi səsləndirən aktyorların yerli-yerində seçilməsinin şahidi olur. Mətnin oxunuşunda lazımsız pafos yaradaraq sözü öz orbitindən çıxmış durumda təqdim etmək, sözləri yazıldığı kimi oxuyaraq tələffüzün qaydalarını gözləməmək kimi seyrçinin ürəyini bulandıran əlamətlərin olmaması filmi bir qədər də əhəmiyyətli duruma gətirib.

�Həzrəti Yusif� filmi haqqında internet materiallarına baxıram. Məlum olur ki, 45 seriyadan ibarət filmi İranın tanınmış kinorejissoru Fərəcullah Sələhşur ekranlaşdırıb. Film �CineSalam prodakşn�da tərcümə və dublyaj olunub. Filmi Azərbaycanın xalq artistləri İlham Əsgərov, Həmidə Ömərova, əməkdar artist Kazım Abdullayev, aktyorlar Elşən Rüstəmov, Məmməd Səfa, Şəfəq Əliyeva, Qədir Mirzə, Natəvan Qeybani, Pərviz Bağırov və digər 20-yə yaxın peşəkar aktyorlar səsləndiriblər.

�Həzrəti Yusif�də baş verənlər indiyədək müxtəlif mənbələrdən oxuduğumuz təkzibedilməz tarixi faktların məcmusudur. Mənim filmdə diqqətimi özəl olaraq çəkən məqamsa dünyanı idarə etməyə ən böyük iddialı, hər şeydən uca SÖZ-ün burada göstərdiyi şücaətləri seyr etməkdir. Təbii ki, söhbət qiymətli SÖZ-dən gedir. Fərqi yoxdur ki, onu 10 yaşlı uşaq səsləndirir və ya ahıl yaşlı qoca. Yusifin ən ağır durumlarında onun dadına çatan SÖZ-ü həm də onun hansı formada, hansı tonda deməyidir. O, sadəcə olaraq �bəlkə məndən sizə bir xətər dəymişdir� kimi ifədəni özünəməxsus ifadə formasında deməklə daş qəlbləri əridib muma döndərir, ibrətamiz fikirləri ilə hamının, hətta maddi mənada �sahibinin� də sevimlisinə çevrilə bilir. Fikir verirsinizmi, bu, insanların nisbətən təhsilləndiyi, artıq taxta parçalarına itaət etməyin boş və mənasızlığını anlamağa başladıqları dövrlərə təsadüf edir. İnsanlar zaman-zaman ətraflarında baş verənləri dərk elədikcə təkallahlılığa doğru gedirlər. Bunu onlara anladansa kiçik yaşlı, �əcnəbi qulam� Yusif olur. Bütün bunların �gözlənilən�, �olacaq� kimi dəyərləndirilməyinə baxmayaraq, həmin ifadələrin insanların davranışında, gələcəkdə - Yusif peyğəmbərdən sonrakı dövrlərdə böyük, qanlı müharibələrin qarşısının alınmasında əvəzsiz rol oynadığının fərqində olmaya bilmirsən. Burada Azərbaycan xalqının folklor yaddaşında yaşayan �ho-ho� var dağa qaldırar, �ho-ho� var dağdan endirər� deyimi yadıma düşür.

İnkişaf etmiş hesab olunan indiki dövrü götürək. Çağdaş həyatımızda dünyanın nüfuzlu media qurumlarının öz əməkdaşlarına təlim etdiyi �insanlara yanaşma formulaları�, �həmsöhbətə münasibətdə ton və taktikanın düzgün seçilməsi praktikasının tətbiqi�, �müxtəlifbaxışlılara münasibətdə balansın qorunması� və s. də həmin seçilmiş, ali insanların əsrlərlə etdiyi təlqinlərin nəticələridir. İnsanlar bu yollardan sapdırılanda iri və ya kiçik miqyaslı fəlakətlərin baş verməsi dediklərimizə əyani sübutdur.

Bir sözlə, istərdim ki, tamaşaçılar ərsəyə gətirənləri və dublyaj yaradıcıları böyük sevgilərə layiq olan bu filmin bütün detallarına diqqət edərək, ona təkcə dini baxış bucağından yanaşmasınlar, həm də böyük SÖZ-ün qüdrəti prizmasından onun dünyəvi əhəmiyyətini dərk etsinlər.

Nəzirməmməd Quliyev

SAMF-ın eksperti 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10