Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadda ikimərtəbəli yaşayış binası yandı



Cəlilabad şəhərində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

BakuPost APA-ya istinadən xəbər verir ki, şəhərin H.Əliyev prospektində yerləşən ümumi sahəsi 690 m² olan ikimərtəbəli yaşayış binasında yanğın baş verib. 

Binanın ikinci mərtəbəsində Fərman Nəhmətova məxsus ümumi sahəsi 78 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və 1 otağının tavanı 17 m² sahədə yanıb. 

Hadisə yerinə FHN-in Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. 

Yanğın söndürülərək ətrafa keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10