İngiltərədə film səhnələrini xatırladan olay yaşanıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin paytaxtı Londonun Brumli səmtində yaşayan qadın illər əvvəl boşandığı həyat yoldaşına böyrəyini verib.
43 yaşlı Kelly Hope adlı qadın 5 il əvvəl boşandığı yoldaşının həyatını xilas edib. O, ölüm ayağında olan Dan Pyatt-a böyrəyini bağışlayıb.
"Uşaqlarımın atasız böyüməsini istəmirəm", - deyən qadın əməliyyatdan sonra peşman olmadığını söyləyib.
"O, mənə deyirdi ki, bunu səndən xahiş edə bilmərəm. Amma mən qərarlı olduğumu söylədim və təhlükələri gözə alaraq əməliyyat olundum. Bir daha görüşə bilməsək belə, uşaqlarımın atasız böyüməsinə hazır deyiləm".
Dan Pyatt uzun müddət xəstə yatağında olmasına baxmayaraq 1 il ərzində onun üçün uyğun böyrək tapılmayıb. Keçmiş ərinin göz önündə "əridiyini" görən qadın onun üçün donor olub.
Qeyd edək ki, 18 yaşından münasibətdə olan Dan Pyatt və Kelly Hope 2007-ci ildə ailə qurublar. Onların iki azyaşlı övladları var.
Bəxtiyar Umarlı