Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyədə üç min qurbağa müsadirə edildi - Hotellərə satılacaqdı -FOTO



Türkiyənin Adıyaman vilayətinin Gerger rayonunun Jandarmeriya komandanlığı üç min diri qurbağını müsadirə edib.

Türkiyənin NTV telekanalı xəbər verir ki, Jandarmeriya avtomobil yolunda şübhəli avtomobil saxlayıb. Avtomobilin salonuna baxıldıqdan sonra torbalarda üç min qurbağa aşkarlanıb.

Müəyyən edilib ki, qurbağalar hotellərə satmaq üçün nəzərdə tutulub. Qurbağalar müsadirə edilərək Gerger rayonunun Kənd təsərrüfatı idarəsinə təhvil verilib. Onları sonradan təbiətə buraxacaqlar.

Faktla bağlı dörd nəfər saxlanılıb, 600 türk lirəsi həcmində cərimələniblər.(Oxu.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10