Tatarıstanın Bolqar şəhərində İslam müəlliməsi kimi tanınan 60 yaşlı Alfiya Kabirova amansızcasına öldürülüb.
Moderator.az-ın yerli “KazanFirst” nəşrinə istinadla verdiyi xəbərə görə, qadın məscidlərdə islami mövzularda dərslər aparıb. Sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda isə deyilir ki, müsəlman pedaqoq eyni zamanda Bolqar İslam Akademiyasında da dərs deyib. Ancaq universitet rəhbərliyi həmin informasiyaları təkzib edərək A.Kabirovanın bu ali məktəbdə çalışmadığını bildirib.
Müsəlman müəllimə öz evində pərdə vasitəsi ilə boğulub. Cinayətdə mərhumun 63 yaşlı ruhi cəhətdən normal olmayan əri şübhəli bilinir. Onun qətldən sonra intihar etdiyi bildirilir.
Sultan Laçın