Seneqal millisini və “Liverpul”un ulduz futbolçusu Sadio Mane doğulduğu Bambali kəndinə maddi yatırımlar etməyə davam edir.
“Qafqazinfo” xəbər verir ki, hazırda kənddə 27 yaşlı futbolçunun sponsorluq etdiyi məktəb binasının tikintisi gedir. Mane təhsil ocağının ərsəyə gəlməsinə 270 min avro xərcləyib.
Bundan əvvəl futbolçu xəstəxana tikintisinin və stadionun saxlanılmısının xərclərini də öz üzərinə götürmüşdü.