Lerik rayonunda əmisi oğlunun avtomobilini qaçıran şəxs saxlanılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, rayon sakini Ramin Şahiyevin 43 BB 745 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobili naməlum şəxs tərəfindən evinin həyətindən oğurlanıb. Cinayətin avtomobil sahibinin əmisi oğlu, əvvəllər məhkum olunmuş Elməddin Şahıyev tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxs Lerik Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin 6-cı tağımının əməkdaşları tərəfindən qaçırdığı avtomobillə birgə Qaradağ rayonunda saxlanılıb.
Saxlanılan şəxs qaçırdığı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsilə qəza da törədib.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.