Hindistanın Uttar Pradeş ştatının Laximpur-Xeri əyalətində sirenomeliya və ya “su pərisi” sindromlu bir uşaq dünyaya gəlib.
Lent.az xəbər verir ki, bu barədə "The Times of India" qəzetində məlumat dərc edilib.
Qəzetin yazdığına görə, 22 yaşlı hamilə qadın iyulun 27-də xəstəxanaya gətirilib. Doğuş normal olsa da, uşağın qeyri-adiliyi həkimləri təəccübləndirib. Demək olar ki, uşağın ayaqları yox idi, sanki bədənin aşağı hissəsi sonadək balığı xatırladırdı. Həkimlər uşağın cinsiyyətini də müəyyən etməkdə çətinlik çəkiblər.
Körpənin təcili olaraq paytaxt xəstəxanalarının birinə göndərilməsinə qərar verilib. Orada bütün lazımi tədbirlər görülsə də, daxili orqanların inkişaf etməməsi səbəbindən uşağı həyatda saxlamaq mümkün olmayıb.