Yay tətilində Türkiyədəki məscidləri ziyarət edən uşaqların sayı kəskin azalır. Başiskele şəhərindəki məscidlərdən birinin imamı - Kadir Çelikiz küçələrdə vaxtlarını boş yerə itirən uşaqları məsciddə dərs almağa cəlb etmək üçün gözlənilməz yola əl atıb.
Moderator.az xəbər verir ki, bu haqda K.Çelikiz özü "Daily Sabah” nəşrinə müsahibəsində danışıb. Yaradıcı molla müsəlman ibadətgahının həyətində iki batut(uşaqların üzərində atılıb-düşdüyü rezin qurğu) quraşdırıb və gündəlik olaraq pulsuz popkorn paylanılmasını təşkil edib. Bundan sonra Quran oxu dərslərinə qatılanların sayı 30-dan 250-yə qədər artıb.
"Uşaqların duyğularını duymağı bacarmaq və özümüz balaca olanda bizimlə necə rəftar edildiyini xatırlamalıyıq"- deyir İmam Çelikiz.
Hər gün Quran dərslərindən sonra balaca müsəlmanlar batutlara qaçır və sevinclə onların üzərində atlanırlar...