Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Boranı”da müştəriləri hər dəfə 50 qəpik aldadırlar – fərqli menyu – Video



Bakıda fəaliyyət göstərən “Boranı” restoranının müştəriləri onlara iki fərqli menyunun təqdim edilməsindən şikayətçidirlər.  Müştəri bildirib ki, “Tarqovı”da təqdim edilən həmin menyularda eyni yeməklərin qiymətləri arasında 1-2 manatlıq fərq var. Şikayətçi qeyd edib ki, bu haqda ofisianta irad bildirən zaman o, menyunun birinin köhnə, digərinin yeni olduğunu deyib. 

Restoranın administratoru Nicat Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Boranı”nın filiallarında qiymətlər fərqli olur: ““Tarqovı” filialında qiymətlər Əhmədli filialındakından yüksəkdir. Çox güman ki, menyular paylanılarkən Əhmədlidəki filiala 1-2 dənə “Tarqovı” filialının menyusu verilib. Ofisiantlar da bilmədən həmin menyunu müştəriyə təqdim ediblər.
Amma Əhmədli filialında qiymətlər “Tarqovı”dakı ilə eyni hesablana bilməz. Çünki proqramlaşdırma sistemində hər filial üçün qiymətlər müəyyənləşdirilib və orada hesabı ofisiant yox, kassa aparatı hesablayır və qəbz çap edir. Ofisiant isə sadəcə həmin qəbzi müştəriyə təqdim edir”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10