Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Yadplanetlilər bizi oğurlayacaq!” – “Kosmik oğurluq” xofu 6 min insanı hərəkətə gətirdi...



ABŞ-da 6 mindən çox insan sığorta şirkətinə müraciət edərək özlərini yadplanetlilər tərəfindən oğurlanmaqdan sığortalayıb.

Moderator.azdünya mediasına istinadən xəbər verir ki, “Müqəddəs Lourens” sığorta şirkətinə müraciət edən insanlar 10 milyon dollar təzminat ödməklə “yadplanetlilər tərəfindən qaçırılma sığortası” alıb. Sığorta şirkəti sadəcə yadplanetlilər tərəfindən oğurlanacaqları təqdirdə deyil, eyni zamanda digər fövqəltəbii olaylar zamanı da vətəndaşlara dəyən zərərin ödəniləcəyini vurğulayıb.

Məlum olayla bağlı jurnalistlərə açıqlama verən “Müqəddəs Lourens” şirkətinin rəhbərliyi kimsəni aldatmaq niyyətində olmadıqlarını və onlar tərəfindən sığortalanan şəxslərə “yadplanetli hücumu”na məruz qalacağı təqdirdə təzminat veriləcəyini bildirib. Şirkət rəhbəri hazırda “yadplanetlilər tərəfindən qaçırılma sığortası”na marağın sürətlə artdığını və minlərlə insanın eyni səbəblə sığorta şirkətinə müraciət etməyə hazırlaşdığını da qeyd edib.

Minlərlə insanın son dönəmlərdə belə bir müraciətlə sözügedən sığorta şirkətinə müraciət etməsi “Müqəddəs Lourens” sığorta şirkətinin qısa müddətdə varlanmasına və xalq arasında məşhurlaşmasına səbəb olub.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10