Kartof alverçisi narkotik satarkən həbs edildi.
Moderator.az xəbər verir ki, Cəlilabad rayon Muğan kənd sakini, kartof alverçisi kimi tanınan Hüseynov Qismət Qalib oğlu narkotik satarkən Cəlilabad rayon Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onun kimlərlə əlbir olmasıyla bağlı araşdırma aparılır.
Kənd sakinləri isə saytımıza bildiriblər ki, dələduz kimi tanınan Q.Hüseynovdan nisyə verdikləri kartofun pulunu necə alacaqlarını fikirləşirlər. Sakinlər bildiriblər ki, o, bir çox adamların kənddə kartofunu nisyə alaraq satıb pulunu qaytaracağını desə də, sonradan sözünə əməl etməyib. Hətta sakinlərdən bir neçəsi pulunu almaq üçün ərizəylə polisə şikayət edib. Sakinlər onun “Meyvəli” bazarında alver etdiyini bildiriblər.