Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çəpərüstü söhbət 30 sentyabr 2010-||--||



Çəpərüstü söhbət 30 sentyabr 2010-


 




- Daha camaata əziyyət vermək istəmirlər də. Bir var kəndbəkənd iclaslar keçirəsən, nə qədər müşahidəçi tutasan, gecəyarısına qədər səsləri sayasan, onunla savaş, bununla dalaş. İndi bunların hamısından xalq azaddır.

- Gərək biz də belə şeylərin çox da fikrini etməyək. Həyatda heç nə bütöv olmur. Vaxt var idi parlamentə elələri düşürdü ki, ağzına yiyəlik edə bilmirdi. Ona görə millət danışmağı öyrənənə kimi hələlik ağzı qatıq kəsməyənləri deputat seçilirlər ki, xalqın qulağı sakit olsun.

- Danışılası dərd deyil. Hər şeyin dadı-duzu gedib. Vaxt var idi 10-15 abırlı qəzet var idi. Sonra qeydiyyatı elə yumşaltdılar ki, aşbaz da, pinəçi də qəzet buraxdı. Xalq çaşıb qaldı ki, yaxşı nədir, pis nədir. İndi də deputatlığa elə namizədlər irəli sürülüb, hakim partiya elə adamlara dəstək verdiyini bəyan edir ki, adamın matı-qutu quruyur. Necə deyərlər, deputatlıq olun oyuncaq, Həsən də qəlyan çəkir, Hüseyn də qəlyan çəkir. Eşitmisən də �milçək� ləqəbli birisi də deputat olmaq istəyir. Onlarla bığıburma seçkidə qurbanlıq olması ilə barışıb.

- Mən bilən qurbanlıq qoyundan-zaddan olur axı?

- Elə bu da elə bir şeydir. İntəhası bir fərq var ki, qoyun bir dəfə qurban gedir, amma eləsi var ki, az qala hər seçkidə qurbanlıq olur. Adam belələrini görəndə ürəyi bulanır. Düşünürsən ki, niyə millətin rüşvətxorları, millətin saxtakarlar, ağzı qatıq kəsməyənləri gəlib millətin vəkili olmalıdır. Hansı ki, onların bəzi heç evinə vəkillik eləyə bilmir.


- Bacılı, bu seçki məsələsi ta qədimdən qalmaqallı iş olub. Vaxt var idi varı-mülki olmayanlara səs verməyə qoymur, nə bilim arvadlara seçki hüququ vermirdilər və sair. Sonra elə vaxt oldu ki, həmin arvadlara yalvardılar ki, sən allah seçkiyə gəl səs ver. Əvvəllər mülki olmayan səs verə bilməzdi. İndi onlarla işsiz də, qul bazarında işləyən də deputat olmaq istəyir. Bu yaxınlarda seçki fırıldaqlarına aid bir kitab oxudum. Orada yazılanları reallıqla tutuşdurdum. Gördüm ki, bizimkilər həmin fırıldaqlardan da o tərəfə keçib.


- Bu seçki məsələsi zarafat deyil. Hələ ulu öndərimiz seçki məsələsində çox naşılıq etdiyinə görə 1 milyon adamı otuzdurub-durquzan Nemətə demişdi ki, bala ağıllı ol, dünyanın heç yerində deputatı xalq seçmir. Demokratiyaya milyonlar xərcləyən Soros dayıdan oyanası yoxdur. O demişdi ki Azərbaycan kimi yerlərdə seçkiyə ehtiyac yoxdur. Hər seçkidən sonra hakimiyyət daha da güclənir, müxalifət daha da əzilir, insanlar isə daha da ruhdan düşür.


- İndi təklifin nədir.


- Təklif odur ki seçk-seçki oyunu oynamaqdansa DSK-lar üçün tikilən 125 bina verilsin uşaq bağalarına. Bu idarələrdə işləyən 500-dən artıq adamın əmək haqqı yönəldilsin bərbad yolların təmirinə. Qaldı ki, təşviqat, təlimat kitabları, digər kağız-kuğuş üçün ayrılan vəsitlər, qonaqları yeyib-içməyi üçün xərclənən pullara, bəzilərinin ələ alınması üçün sərf edilən vəsaitlərə onları da versinlər pis gündə olan rayon qəzetlərinə. Nə öz başlarını ağrıtıslar, nə bizim başımızı.

- Mən bu təklifə həm gizlində, həm aşkarda bütün nəslimizin adında, onların hamısının şəxsiyyət vəsiqəsini bəri başdan gətirməklər, tam demokratik qaydada səs verirəm.

Sərraf Zahir 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10