Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

WhatsAppdan möhtəşəm yenilik…Pul göndərə və ya qəbul edə biləcəksiniz


WhatsApp tezliklə istifadəçilərinə pul göndərmək və pul qəbul etmək imkanı verəcək.

Müstəqil.Az phonandroid.com-a istinadən xəbər verir ki, bu barədə “Business Today” yazıb.

Xəbərdə deyilir ki, adıçəkilən sosial şəbəkə bu xidməti ilk olaraq Hindistanda test edəcək.

“WhatsApp”ın  “Facebook”dakı bölməsinin məsul şəxsi Vil Kaçkar bildirib ki, bu sosial şəbəkələr üçün ilk addımdır:

Üstəgəl, məlum xidmət pulun göndərilməsi və qəbulu sahəsində dünyada ilk ən asan xidmət olacaq. Bu, maliyyə daxil olmasını sürətləndirəcək və sürətli inkişaf edən rəqəmsal iqtisadiyyatda Hindistan vətəndaşlarına dəyər gətirəcəkdir. Xidmət 2019-cu ilin sonundan tətbiq olunacaq. Hətta bu xidmət vasitəsilə beynəlxalq pul göndərmələri və ya qəbulu mümkün olunacaq.

Öncə 1 miyard və ya 500 milyon istifadəçiyə xidmət göstəriləcək. Daha sonra isə onun arealı genişləndiriləcək. Hazırda bu xidmətin detalları ilə bağlı məlumat verə bilmərik”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10