Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bunlar nə Quran tanıyır, nə Qanun Hüquqlarımı müdafiə komitəsi yaradıb mümkün olan bütün kanallarda çıxış edəcəyəm.



Rüşvət vermədiyinə görə işdən çıxarıldığını iddia edən lerikli Vaqif Cənnətovdan 2-ci məktub:

  • Hələ 15 il öncə Fizuli Hacıyev Lerikdə icra başçısı olanda “Cənub xəbərləri” qəzeti Lerik rayonundan hazırladığı yazıya maraqlı bir başlıq qoymuşdu “Kər, Fizuli  desə, Lerikdə var haqqı-ədalət, inanma, əlbəttə başçı sözü yalandır”.

Aradan 15 il vaxt keçsə də, yenə də Lerikdə həmin vəziyyətdir. İcra başçısındam, birinci müavindən, şöbə müdirindən nə qədər nöqsan yazsalar, saxtakarlıqların nə qədər ifşa etsələr də sanki bunlar insanlara əzab verməkdən həzz alırlar.

Lerik icra hakimiyyəti başçısının şöbə müdirinin məndən rüşvət istəməsi barədə “cenub.az saytının verdiyim “(Video) Lerik. Doğrudanmı Cənnətovlara icra hakimiyyəti cəhənnəm yaşadır?” yazısından sonra bu adamlara nəinki yazılanlardan utandılar, xəcalət çəkdilər, əksinə, məni şərləməyə, şantaj etməyə daha kəskin şəkildə davam etdilər.

Öncə şöbə müdiri Əlipənah Bayramovun həmin yazıya verdiyi rəy barədə

Ə. Bayramov deyir ki, pul istəmişəm, amma qəzet üçün abunə pulu. Birinci,  Ə. Bayramovun məndə olan səs yazılarında abunə haqqında heç bir söz yoxdur. İkincisi, icra hakimiyyətinin ərazi idarə etmə şöbəsi nə vaxtdan qəzet pulu yığan olub? Üçüncüsü,  abunə üçün pul yığmaq çox vacibdirsə, bunu humanitar şöbə, onun təlimatçıları yığar. Ə.Bayramovun məntiqi ilə  hər ərazi nümayəndəliyində (Lerikdə 29 belə qurum var, hər birində nümayəndə, müavin, mühasib) 3 nəfərdən 100 manatdan yığılsa və həmin rəqəm 29 nümayəndəliyə hesablansa, icra aparatın da buna qatsaq, təxminən 10 min manat edir. Məktəblər, bələdiyyələr, həkimlər, hüquq mühafizə işçiləri, digər büdcə  və özəl təşkilatları da bu qayda ilə abunə pulu versə deməli, hər altı aydan bir Lerikdə abunə adı ilə 30-40 min manat abunə pulu yığılır. Halbuki, Lerikdə abunə pulu 2-3 min manatdan yuxarı yığılmır.

Ə. Bayramov belə işlərin xəcalətin çəkmək əvəzinə, bəzi saytlarda özü haqqında  vətən, dövlət, xalq üçün tər tökən əqidə adamı başlıqlı yazılar çap etdirir. Bəlkə də o tər xəcalət təri imiş, mən başa düşməmişəm. Guya bu, bizim tənqidə cavabdır. Hələ dolayası ilə müəllifə papaq atmağı da unutmayıbsınız. Əlipənah müəllim, sizin rəyinizi öyrənmək üçün Zahir müəllim telefonunuza zəng edəndən sonra, dəfələrlə ona zəng edən, keçmiş, indiki dostlarını, tanışlarını, xahişçi, minnətçi göndərən, vədlər verən siz deyildinizmi? Səs yazılarınız şahidlik eləyə bilər. İndi adı bədnamlıqda hallanan saytlara sığınıb, guya  cavab verirsiniz. Biz açıq, dəlil-sübutla danışırıq. Sizin də özünüzə güvəniniz varsa, gəlin, çıxaq canlı yayıma. Görək kim haqlıdır? Meydandan qaçan da namərddir. Adı bədnamlıqda hallanan saytlara güvənmək isə sadəcə sizin ifşanızı sürətləndirəcək. Görün, siz tərəfə balaca yel əsən kimi necə aciz vəziyyətə qalırsınız.

Amma unudursunuz ki, cenub.az saytındakı yazı  bir gün ərzində ölkənin 10-dan artıq aparıcı saytında paylaşıldı -Cenubxəberleri.com, Qaynarinfo.az, Dia.az, 7newc.az, ayna.az, cahan.az, demokrat.az, xalqxeber.az, bizimxeber.az, milletinsesi.info, aqreqator.az, arqument.az,  hurriyyet.org, turaninfo.az və sair. Hər saytda da yazını ən azı 500-1000 adam izlədi. Və bəlli oldu ki, 5-10 manata satılmayıb, haqqın, kasıbın yanında dayanan, vədlərə, hədələrə boyun əyməyən   jurnalistlər də varmış.

Bəs icra başçısı-hörmətli Rövşən Bağırov bunları görmür? Yaxud, o, kollektivə hansı “dərs” keçdi.


Rövşən Bağırov rəsmi tədbirdə  açıq şəkildə dedi ki, qoy, V. Cənnətovun işdən çıxarılması hamıya dərs olsun. Hələ onun məktəb direktoru işləyən qardaşını da çıxardacağam. Kim bizim haqqımızda tənqid yazsa, onun aqibəti belə olacaq, hara şikayət edirsinizsə, edin. Bax, bu da onun dərsi. Görün, 11 illik bu rayona rəhbərlik edən şəxs nə ilə öyünür, necə qisasçılıq anonsu verir, qanunlara necə meydan oxuyur?

 Bəs 1-ci müavin Cəlil Baxşıyev bu işlərə necə baxır? O ki ağsaqqaldır, Lerikdə söz sahibidir

 Cəlil Baxşıyev işin əvvəlində otağına Quran gətirib atamın yanında and içdi ki, sən yazmağı dayandır, mən bütün işləri yoluna qoyacağam. Amma o, Qurana da yalandan and içdi. İzahatımı alıb, yenə şantaja başlayıb, məni işdən kənarlaşdırdılar.


Bəs bunlar qanuna necə hörmət edir?

Təsəvvür edin, mən 22 fevralda bülletendə ola-ola işdən çıxarılmışam, 27 fevralda, 5 gün sonra isə həmkarlar təşkilatı məni teleqramla  iclasa çağırır, həmkarlar təşkilatının mənim haqqında olan qərarını isə 6 aydır ki, mənə vermir. Təəssüf ki, məhkəmə hakimi də bu qərarı ondan ala bilmir.

Bunlar daha hansı cılızlıqlara gedirlər?

Deməli, FB səhifəsindəki dostlarıma, qohumlarıma təzyiq edirlər, qorxudurlar ki, niyə həmin tənqidi məqaləni paylaşırsınız? Mənim öz FB səhifəsində isə Paylaşım bölümüneü bloklatdırıblar. Daha səssiz zəngləri, hədələri, təhqirləri   saydalamıram...

Elə bil başqa iş-gücləri yoxdur, ancaq mənimlə mübarizə ilə məşğuldurlar.

Məni nə ilə qorxudurlar?

Paylaşdığım yazıda belə cümlə var “4-5 il öncə Lerikin Züvüç kəndində 13 yaşlı oğlan uşağını öldürmüşdülər. Adını da qoymuşdular ki, 1 metrlik hündürlüyü olan koldan özünü asıb”.  Bunların vasitəçisi deyir ki, guya biz bunu yazmaqla, olayı xatırlatmaqla, bunların dərdin təzələmişik, onlar stress keçirib. Biz həmin uşağın nənəsi Gülbəstə xanımla telefon əlaqəsi saxladıq. Dedi ki, birincisi, dağın dibində o yazıdan xəbərim yoxdur. İkincisi, dərdimizi yenidən xatırladıbsıza, bunun üçün də sağ olun. Onu da deyək ki, həmin olayla bağlı Youtubedədə süjet var və onu 11 minə yaxın adam izləyib



Sonda Lerik icra hakimiyyətinə bir təklifim var- -ya şər atıb məni həbs etdirin, ya da öldürtdürün. Yoxsa, vaxtaşırı sizin saxtakarlılarınızı, gülünc əməllıərinizi ifşa edəcək, haqqımız tələb etməkdən çəkinməyəcəm.

İzləyicilərdən də bir xahişim var- şəkildə yaşadığım evə bənzər daxmaya diqqətlə baxın.   Belə şəraitdə yaşayan insansandan da rüşvət istəyərlər, ona şər atarlar, əmək kitabçasın ləkələyirlər?


 Doğrudanmı, bu məkanda bir ədalətli, mərhəmətli insan taplmayacağıq ki, ağla qaranı ayırd etsin.

Bu günlərdə isə Bakıda yaşayan lerikli fədakar insanlarla özümü müdafiə üçün “Müdafiə komitəsi”yaradıb, bununla bağlı bütün özəl internet kanallarda çıxış edəcəyəm. (Dövlət kanalı icazə versə orada da).

Əziz leriklilər, sizə də müraciət edirəm. Məni meydanda tək qoymayın!  Rüşvət vermədiyim üçün məni şərləyən, əzmək istəyən məmurların qabağında sınmağıma imkan verməyən!

Pisliklər üzrə ixtisaslaşan məmurlar! Siz isə pisliklərinizi davam etdirin. Sizin də bir sonunuz olacaq. Əbəs demirlər ki, süngü ilə hər şey etmək olur, ancaq onun üstündə oturmaq olmur.

Hazırladı: Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10