“Səhiyyə Nazirliyində və baş həkimin qəbulunda olsam da, dializ şöbəsindəki çatışmazlıqlar aradan qaldırılmayıb...”
Moderator.az redaksiyasına Azərbaycan Respublikası Silahlı Qüvvələri Quru qoşunlarının Gədəbəy rayonunun Ermənistanla sərhəd kəndlərində xidmət etmiş keçmiş hərbi qulluqçusu, leytenant, 1-ci qrup əlil Qarayev Nahid Yusif oğlunun Prezident İlham Əliyevə və 1-ci Vitse-prezident Mehriban Əliyevaya ünvanlanmış müraciəti daxil olub.
Dövlət sərhədində, dağlıq relyefdə, çətin iqlim şəraitindəki hərbi xidmət zamanı xəstələnərək ordudan tərxis olunan və 2018-ci ildən böyrəklərinin hər ikisinin sıradan çıxdığı məlum olan keçmiş hərbi qulluqçu, leytenant Nahid Qarayev hazırda 1 ildən çoxdur Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 2-ci dializ şöbəsinin pasientidir. O, Respublika rəhbərliyinə müraciətində dövlət tərəfindən kifayət qədər maliyyələşdirilən və təchiz edilən şöbədə subyektiv amillər ucbatından xəstələrə qulluğun lazımi səviyyədə edilmədiyini, dializ müalicəsinin standartlara uyğun ləvazimat və tərkiblərlə aparılmadığını, şöbə müdirinin və baş tibb bacısının öz vəzifələrini layiqincə icra etmədiklərini və s. bildirib və bu barədə tədbir görülməsini xahiş edib.
Leytenant N.Qarayev redaksiyamıza müraciətindən öncə Respublika Klinik xəstəxanasının baş həkimi Telman İbadovun qəbulunda olub və ona 2-ci dializ şöbəsindəki problemləri anladıb. Baş həkim tədbir görəcəyinə söz versə də, heç bir nəticə olmayıb. Bundan sonra keçmiş hərbi qulluqçu Səhiyyə Nazirliyinin qəbul şöbəsində olub. Lakin nazirlikdə 1-ci qrup əlilin şikayətini, demək olar ki, dinləmək istəməyiblər və hətta xəstəliyi ilə əlaqədar əsəbiləşərək bir az ucadan danışmasından sonra onu polislərlə əhatəyə aldırıblar. Nəticədə xəstə hərbi qulluqçunun şikayəti ətraflı dinlənilməyib və heç bir tədbir görülməyib.
Qeyd edək ki, keçmiş hərbi qulluqçu N.Qarayevin redaksiyamıza iki ay əvvəlki ilk müraciətindən sonra əməkdaşımız onun şikayətini ictimailəşdirmədən öncə məsələni aydınlaşdırmaq üçün dəfələrlə Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun mobil telefonuna zəng etsə də, o cavab verməyib. Bundan sonra xəstəxananın qəbul şöbəsinin şəhər telefonlarına zəng edilib və oradan baş həkimin müavini Mahir Babayevə telefon açmaq məsləhət görülüb. Mahir həkimə son iki ay ərzində iki dəfə zəng edib 1-ci qrup əlil olan keçmiş hərbi qulluqçunun problemi ilə maraqlanaraq məsələni araşdırmasını xahiş etmişik. Baş həkimin müavini buna söz versə də, N.Qarayevin sonradan verdiyi məlumata görə, 2-ci dializ şöbəsində onun və digər xəstələrin müalicəsindəki çatışmazlıqlar aradan qaldırılmayıb. Odur ki, keçmiş hərbi qulluqçu bizdən təkidlə onun bəhs edilən xəstəxana barədə şikayətini saytımız vasitəsilə Prezident və 1-ci Vitse-prezidentə çatdırmağımızı xahiş edib.
Ümid edirik ki, Səhiyyə Nazirliyi və Respublika Klinik Xəstəxanası rəhbərliyi Vətənimizin sərhədlərində, düşmən atəşi altında xidmət zamanı sağlamlığını itirmiş keçmiş hərbi qulluqçunun və 2-ci dializ şöbəsinin digər pasientlərinin müalicə problemləri ilə maraqlanaraq onları həll edəcək və dövlət başçısının və 1-ci Vitse-prezidentin qiymətli vaxtlarını ayırıb məsələyə şəxsən müdaxilə etmələrinə ehtiyac yaranmayacaq.
Keçmiş hərbi qulluqçu, leytenant Nahid Qarayevin Respublika Klinik Xəstəxanasında baş verən neqativ hallar barədə dövlət rəhbərliyinə müraciətini saytımızda bütövlükdə yaxın müddətdə oxuya bilərsiniz.