Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kökə köşə-2 Bapbalaca nöqsanlar



Bu dəfə ki, kökə köşəni bapbalaca nöqsanlara həsr etmək istəyirəm.

İndi bir az kitab-dəftərdən başı çıxan adam ağzını açan kimi avropalaşmaqdan, qloballaşmadan, süni intellekdən, 4-cü sənaaye inqilabından,Marsa səfərdən - filandan söhbət açır,  necə deyərlər   “Beş Mərtəbəli evin” altıncı, doqquzuncu mərtəbəsindən danışır. Mən isə sizə bir az çətin də olsa, qısa müddətə  “beş mərtəbəli evin” zirzəmisinə dəvət edirəm.

Baxıb görək, bapbalaca nöqsanları aradan bilirik, sonra yekə-yekə şeylərdən danışaq.

Dəyərli ziyalımız Üzeyir Hacıbəyov demişkən   düşmənlərimiz əvvəl siçan..., sonra fil düzəldəndə, biz yatmışdıq, biz siçan düzəldəndə onların fili bizim siçanı yedi. 

Keçək mətləbə. 226 min əhalisi olan Masallı şəhərinin  telefon kitabçası yoxdur. 

Şəhərin ən işlək yerində- şəhər qəbiristalığından ta ki, Respublika Bankına qədər bir ədəd belə    avtobus gözləyənlər üçün dayanacaq yoxdur. Qız-gəlin tozun-torpağın içində əyləşib avtobus gözləyir. Nəzərə alsaq ki, MasallIdakı Kollec də həmin istiqamətdədir, daha acınacaqlı mənzərə yaranır. Gənc qızlar avtobus gözləmək üçün hərə bir ağacın böyrünə sığınır, qaqaşlar da,   tez-tez onların qarşısında maşın saxlayır. Amma dayanacaq olsa...

Xətai kimi kişinin adın daşıyan parkda ayaqyolu yoxdur.  Məcburi ehtiyacların ödəmək üçün hərə yaxınlıqdakı idarələrin birinə qaçır. Deyirlər guya tiksələr, qoruyan olmayacaq. Hansı ki, oradakı obyekt sahibləri onu qorumağı öhdəsinə götürür

Elə həmin parkdakı sınıq salxaq oturacaqları demirik. O böyüklükdə parkda cəmi 5 oturacaq (4 ədəd də arxası olmayan, kənddə “pələt” qabağına qoyulan “oturacaq”). Hələ altı deşik zibil qabılarını demirik.

Bir az da irəli getsək, buradakı Masallı şəhərinin yeganə qədim abidəsi, indi rüsvayçılıq abidəsinə çevrilmiş hamam binasının acınacaqlı görkəmi, narkomanlar və zibilliklər məskəni. Hansı ki, onun təmir və bərpası adı ilə min cür oyun qurub pul qazananlar oldu. (Daha hamısını demirəm)

Onun yaxınlığındakı “avtobus dayanacağı” başqa aləmdir. Ölkə üzrə ən miskin avtobus  dayanacağını seçməli olsalar bundan “layiqlisi” olmaz -  oturacaq yox, ayaqyolu yox, antisanitariya baş alıb gedir. Qısası, it günündə. Buna rəhbərlik edənlər isə qaz vurub-qazan doldurur. 

Yəqin, qalanların da siz deyərsiniz.

İndi soruşmaq ayıb olmasın, biz bu bapbalaca nöqsanların əlində əsir-yesir qalmışıqsa, avropalaşmaqdan, qloballaşmadan, süni intellekdən, 4-cü sənaye inqilabdan necə baş açacağıq? Naaaağaaaaracağuq?

Zahir Amanov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10