Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiyanın “oğru taxt-tacı”na 5 namizəd: “Lotu Quli” də var



Rusiyanın bir nömrəli mafiozu “Şişkan” ləqəbli Oleq Şişkanovun həbsindən sonra onun yerinə 5 namizəd var.
Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, onların arasında Nadir Səlifovun (“Lotu Quli”) da adı çəkilir.
Siyahıdakıların ikisi gürcü əsilli “qanuni oğru”dur. Bunlar Vaja Biqanişvili (“Vaja Tbilisski”) və Ramaz Dzneladzedir (“Ramaz Kutaisski”). Biri isə “slavyan sektor”unun təmsilçisi “Voskres” ləqəbli Vasili Xristoforovdur.
Rusiyanın 1 nömrəli “qanuni oğru” tituluna namizədlərdən biri də çeçen əsilli, “Əhməd Şalinski” ləqəbli Əhməd Dombayevdir.
Rusiya portallarının yazdığına görə, “Şişkan”ın həbsi kriminal aləmdə yeni, amma qanlı qarşıdurmaların başlayacağı ehtimalını artırır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10