Braziliyanın San-Paulo hava limanında 750 kiloqram qızıl oğurlanıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, cinayətkarlar buna polis forması geyinərək nail olublar.
Yük terminalına daxil olan oğrular “Brink`s” kompaniyasının inkasator maşınını qarət ediblər.
Oğurlanan qızılın ümumi dəyəri 30 milyon ABŞ dollarıdır.