Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çar oğlunun fotosu hərracda 600 minə satıldı



Rusiya çarı II Nikolayın oğlu Alekseyin fotosu hərracda satılıb.

Oxu.Az rus KİV-inə istinadən xəbər verir ki, Aleksey taxtın vəliəhdi sayılırdı və 1917-ci ildə çar ailəsi ilə birlikdə güllələnib.
Moskvada keçirilən hərracda Alekseyin imzası ilə olan fotosu 600 min rubla (16 min manata yaxın) satılıb.
Fotonu alan şəxsin adı naməlumdur. Foto 1914-cü ildə lentə alınıb.

Aleksey II Nikolay və Aleksandra Fyodorovnanın oğludur. Onu 1917-ci ilin 17 iyul tarixində ailəsi ilə birlikdə güllələyiblər. Bu zaman onun 13 yaşı var idi.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10